Azərbaycan prezidenti meksikalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti meksikalı həmkarına başsağlığı verib
# 20 sentyabr 2017 16:01 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev meksikalı həmkarı Enrike Penya Nyetoya başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR