Kiyevdə azərbaycanlı diplomatın idarə etdiyi avtomobil qəza törədib

Kiyevdə azərbaycanlı diplomatın idarə etdiyi avtomobil qəza törədib
# 15 oktyabr 2016 11:02 (UTC +04:00)

Bakı – APA. Kiyevdə Azərbaycan səfirliyi əməkdaşının idarə etdiyi avtomobil qəza törədib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, öncə piyada səkisinə, sonra yolun əks istiqamətinə çıxan avtomobil “Renault” markalı maşına toqquşub, ardınca isə “Toyota” markalı maşına dəyib.

“Renault” markalı avtomobilin sürücüsünün ciddi xəsarət aldığı bildirilir. Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və həkimlər briqadası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR