Sinay yarımadasında minalanmış avtomobil partladılıb, 7 dinc sakin ölüb

Sinay yarımadasında minalanmış avtomobil partladılıb, 7 dinc sakin ölüb
# 25 iyul 2017 00:05 (UTC +04:00)

Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərində minalanmış avtomobil partladılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəzarət-keçid məntəqəsi yaxınlığında baş verib.

Məlumata əsasən, hərbçilər içərisində terrorçu-kamikadzelərin olduğu maşını saxlamaq istəyərkən atışma baş verib. Hərbçilər terrorçuların nəzarət-keçid məntəqəsinə daxil olmasının qarşısını alsa da, kamikadzelərdən biri avtomobildə olan partlayıcı qurğunu işə salıb. İnsident nəticəsində ətrafda olan 7 dinc sakin: 3 kişi, 2 qadın və 2 uşaq ölüb.

Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir. Regionda son zamanlar terrorçuların hücumları nəticəsində yüzlərlə asayiş keşikçisi ölüb və yaxud xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR