Meşələrin qorunması qaydası dəyişib

Meşələrin qorunması qaydası dəyişib
# 19 dekabr 2016 12:42 (UTC +04:00)

Nazirlər Kabineti "Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları"na dəyişiklik edib.


APA-nın məlumatına görə, dəyişiklik meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslərin hüquqları ilə bağlıdır.

İndiyə qədər meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslərin meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına göndərmək hüququ olub. Dəyişikliyə əsasən bundan sonra meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslərə həm də meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar edib, müvafiq qaydada rəsmiləşdirərək inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək hüququ də verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR