Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən 21 yaşlı Cek Duqlas Teyşera 2019-cu ilin sentyabrında xidmətə başlayıb.
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
O, Kiber Nəqliyyat Sistemləri Şöbəsində xidmətdə olub.
Sözügedən bölmə digər məsələlərlə yanaşı, hava qüvvələrinin geniş və qlobal rabitə şəbəkəsinin normal fəaliyyətinə cavabdehdir.
Teyşera, silahlı qüvvələrin bu qolu üçün rütbələr cədvəlində üçüncü olan ABŞ Hərbi Hava Qüvvələrinin 1-ci dərəcəli rütbəsinə malikdir.
O, oxşar xidmət stajı olan hərbçilər üçün standart mükafat olan "USAF Achievement Medal"ın sahibidir.