Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir

Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
# 15 avqust 2017 01:44 (UTC +04:00)

Nyu-Yorkda ABŞ-ın 45-ci prezidenti Donald Tramp əleyhinə aksiya keçirilir.

APA-nın RİA Novosti istinadən verdiyi xəbərə görə, “Tramp Tower” göydələninin qarşısında toplaşan yüzlərlə etirazçı dövlət başçısının sabiq ofisinə gəlişini gözləyirlər.

Fəalların plakatlarında “Bu dəhşət bitməli – Tramp və Pens rejimi getməlidir” yazılıb.

Mitinqin təşkilatçılarından biri olan “Refuse Racism” təşkilatı Virciniya ştatının Şarlotsvill şəhərində ifrat sağçıların mütəşəkkil surətdə küçəyə çıxaraq aksiya keçirə bilmələri və Trampın Şimali Koreyaya qarşı səsləndirdiyi sərt ifadələri pisləyib. Təşkilat üzvləri hesab edir ki, Trampın sözləri milyonlarla insanın həyatına təhlükə kəsb edə bilər. Bu günlərdə ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib. “Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər”, deyə D.Tramp bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR