Çində inşaatda baş verən uçqunda ölənlərin sayı 40-a yüksəlib - YENİLƏNİB

Çində inşaatda baş verən uçqunda ölənlərin sayı 40-a yüksəlib - <span style="color: red;">YENİLƏNİB
# 24 noyabr 2016 06:48 (UTC +04:00)

Çinin Tsyansi əyalətində inşa edilən elektrik stansiyasında baş verən uçqunda ölənlərin sayı 40-a yüksəlib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə 30-dan çox yanğınsöndürən maşın və 200-dən çox əsgər göndərilib.

Axtarış xilasetmə tədbirləri davam etdirilir.

***

saat 07.09

Çinin Tsyansi əyalətində inşa edilən elektrik stansiyasında uçqun baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 22 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bədbəxt hadisə yerli vaxtla saat 07:00-də Fençen şəhərində qeydə alınıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR