Lajçak: “BMT qaydalarına hörmət etməyən ölkələrdən multikulturalizmə hücumlar var”

Lajçak: “BMT qaydalarına hörmət etməyən ölkələrdən multikulturalizmə hücumlar var”
# 05 aprel 2018 15:49 (UTC +04:00)

ADA universitetində "Çoxtərəfli əməkdaşlığın hazırkı durumu mövzusunda" tədbir keçirilib.


APA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, BMT-nın Azərbaycandakı nümayəndəsi Qulam İshaqzai, eləcə də digər rəsmi şəxslər, səfirlik nümayəndələri, habelə ADA universitetinin tələbə-müəllim heyəti iştirak edib.


Tədbiri ADA universitetinin rektoru Hafiz Paşayev açıb.


Sonra çıxış edən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak multikulturalizmin əhəmiyyətindən söz açıb və bildirib ki, multikulturalizm milli fəaliyyətləri və mövqeləri koordinasiya edərək ortaq məqsədlərə nail olmağın yoludur: "Həm də ortaq çətinliklərə ortaq həll yolu tapmağa imkan verir. BMT unikaldır, çünki multikultural forumdur. Mən bilirəm ki, BMT-nin bütün çətinliklərə cavab vermək üçün kifayət qədər mexanizmi var. İndi multikulturalizmə tələb çoxdur. BMT-nin norma, qaydalarına hörmət etməyən ölkələrdən multikulturalizmə qarşı hücumlar var. Multikulturalizmi inkişaf etdirməliyik. Bu yaxşı sistemdir, buna bizim ehtiyacımız var".


BMT Baş Assambleyasının bu il üçün əsas prioritetlərini sadalayan M. Lajçak deyib ki, bunlardan birincisi münaqişələrin qarşısının alınmasıdır: "BMT-də cəhdlərimizi münaqişələrin qarşısını almağa fokuslamalıyıq. İkinci prioritet məsələ miqrasiya problemidir. Miqrasiyanın pozitiv aspektlərini vurğulamalıyıq. Üçüncü prioritetimiz davamlı inkişafın nailiyyətlərinin həyata keçirilməsini davam etdirməkdir. Dördüncü prioritet insan hüquqları və insan ləyaqəti, beşinci isə islahatlardır. Əgər sistemi gücləndirmək istəyiriksə, multikulturalizmi dəstəkləməliyik. Dialoq sayəsində ortaq maraqlarımızı artırmalıyıq. BMT-ni insanlara yaxınlaşdırmalıyıq. İnsan həyatını inkişaf etdirmək üçün hər şey edirik. İnsanlar bunu qiymətləndirəcək deyə əmin olmalıyıq. Hər birinizə çağırış etmək istəyirəm ki, hər ölkənin maraqlarını müdafiə etmək üçün multikulturalizmdən başqa yaxşı yol yoxdur. Hər birimiz sülh şəraitində, pozitiv inkişaf edən, insan hüquqlarına hörmət edilən ölkədə yaşamaq istəyirik. Bunun üçün BMT kimi universal platformaya ehtiyac duyuruq. Heç bir beynəlxalq platforma BMT-ni əvəz edə bilməz. İndi qlobal atmosfer çox çətindir. Bir otaqdayıqsa, bir-birimizlə dalaşmaq yerinə hamı üçün qəbul edilən nəticə əldə etməyə çalışmalıyıq. Beynəlxalq qaydalarla oynamalı və hər kəsdən bunu tələb etməliyik. Bir-birimizi dinləməyi bacarmalıyıq".

Tədbir sual-cavab şəkilində davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR