Avqustda mobil cihazlarla bağlı elektron xidmətdən istifadə artıb

Avqustda mobil cihazlarla bağlı elektron xidmətdən istifadə artıb
# 12 sentyabr 2015 09:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Avqust ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı daha bir elektron xidmətindən istifadə sayı artıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iyul ayı ilə müqayisədə 22,6% artımın qeydə alındığı “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətinə ötən ay 49469 dəfə müraciət edilib.

Bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun “IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR