Təhsil naziri Təhsil sərgisində AzMİU-nun stendiylə tanış olub

Təhsil naziri Təhsil sərgisində AzMİU-nun stendiylə tanış olub
# 06 oktyabr 2017 14:50 (UTC +04:00)

Bakıda Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisində Azərbaycanın nüfuzlu ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) də stendi nümayiş olunub.

AzMİU-dan APA-ya verilən məlumata görə, stenddə ziyarətçilərə universitetin fakültələri, ixtisaslar, magistraturası, beynəlxalq əlaqələri, ikili diplom layihələri barədə broşüralar, bukletlər, şəkillər, təhsil müəssisələri üçün müasir avadanlıqlar geniş təqdim olunub. Stenddə eyni zamanda universitetin professor-müəllim heyətinin kitabları, dərs vəsaitləri nümayiş olunub. AzMİU-nun pavilyonunda quraşdırılmış monitorda Memarlıq fakültəsi tələbələrinin diplom işlərindən ibarət videoçarx da təqdim edilib.

Sərginin açılışında iştirak edən təhsil naziri Mikayıl Cabbarov AzMİU-nun stendiylə tanış olub, tələbələrlə söhbət edib, təqdim olunan yeniliklərlə maraqlanıb. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova nazirə universitetdə tədris olunan ixtisaslar, ikili diplom layihələri, beynəlxalq əlaqələriylə bağlı məlumat verib, Memarlıq fakültəsinin tələbələrinin diplom işlərini nümayiş etdirib. Monitordan memar tələbələrin diplom işləriylə tanış olan nazir proqramdan razı qalıb və tələbələrə uğurlar arzulayıb.

“İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgi 3 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR