ABŞ Ədliyyə Departamenti ABŞ-nin keçmiş prezidenti Donald Trampa göndərdiyi bildirişdə onun 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla bağlı üç cinayət qanununu pozmaqda şübhəli bilindiyini bildirib.
APA-nın NBC telekanalına istinadən verdiyi məlumata görə, Tramp ABŞ-ni aldatmaqda da bilinir.
Dövlət ittihamçısı həmçinin Trampı şahidlərə təzyiq göstərməkdə, habelə qanuna əməl etmək adı altında qanunu bilərəkdən pozmaqda şübhəli bilir. Böyük münsiflər heyəti ABŞ Ədliyyə Nazirliyi tərəfindən irəli sürülən ittihamların təsdiq edilib-edilməməsinə qərar verəcək.