ABŞ Dövlət Departamenti Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun tədbirdə iştirakı ilə əlaqədar rusiyalı vətəndaşlara, o cümlədən jurnalistlərə 100-ə yaxın viza verib.
APA ACC-ə istinadən xəbər veirir ki, bu barədə departamentin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.
Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, Amerika tərəfi BMT-nin mənzil-qərargahının ərazisində yerləşdiyi “ölkə kimi öz öhdəliklərinə ciddi yanaşır”.