Bank Of Baku

Dövlət Departamenti: ABŞ-Ukrayna təhlükəsizlik təminatları üzrə danışıqlar aparılacaq

Dövlət Departamenti: ABŞ-Ukrayna təhlükəsizlik təminatları üzrə danışıqlar aparılacaq
# 31 iyul 2023 23:45 (UTC +04:00)

Vaşinqtonla Kiyev bu həftə təhlükəsizlik zəmanətləri barədə danışıqlara başlayacaq.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

"Danışıqlar bu həftə başlayacaq", - deyə o bildirib.

Müzakirələr onlayn olacaq.

ABŞ nümayəndə heyətinə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini rəhbərlik edəcək.

Ötən gün Ukrayna prezidentinin ofisinin rəhbəri Aleksiy Yermak bildirib ki, ABŞ və Ukrayna NATO-ya daxil olmamışdan əvvəl Kiyevə təhlükəsizlik zəmanətinin verilməsinə dair ikitərəfli razılaşmanı müzakirə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR