ABŞ administrasiyası Dünya Bankının mexanizmləri vasitəsilə sentyabrda Ukraynaya 4,9 milyard dollar büdcə yardımı göndərəcək.
APA-nın məlumatına görə, bu barədə Dövlət Departamentinin cümə günü yaydığı məlumatda deyilir.
Vaşinqtonun fikrincə, bu fondlar digərləri ilə yanaşı, Ukrayna hökumətinə öz vətəndaşlarına zəruri xidmətləri göstərməyə imkan verəcək.