ABŞ Dövlət Departamenti gözlənilməz təhlükəsizlik vəziyyəti ilə əlaqədar ABŞ vətəndaşlarına Livanı təcili tərk etməyi tövsiyə edib.
APA-nın xəbərinə görə, bu barədə idarənin dərc olunmuş məlumatında deyilir.
“Dövlət Departamenti Livandakı ABŞ vətəndaşlarına gözlənilməz təhlükəsizlik vəziyyətinə görə kommersiya uçuşlarının mövcud olduğu müddətdə ölkəni tərk etməyi tövsiyə edir”, - bəyanatda deyilir.