Ekvadorda prezidentliyə namizədin qətlinə görə məsuliyyəti cinayətkar dəstə öz üzərinə götürüb

Ekvadorda prezidentliyə namizədin qətlinə görə məsuliyyəti cinayətkar dəstə öz üzərinə götürüb
# 10 avqust 2023 13:57 (UTC +04:00)

Ekvadorun ən böyük cinayətkar dəstələrindən olan Los Lobos prezidentliyinə namizəd Fernando Villavisensionun qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

APA xəbər verir ki, bu barədə Kolumbiyanın “Semana” jurnalı məlumat yayıb.

Məlumatda bildirilib ki, cinayətkarlar belə bir addım atmağa səbəb kimi “vədlərin yerinə yetirilməməsi”ni və korrupsiyanı göstəriblər. Nəşr sosial şəbəkələrdə yayımlanan videoya istinad edir. Həmin kadrlarda əllərində silah olan 20-yə yaxın kişi təsvir olunub. Onlar Villavisensionun qətlinə görə məsuliyyəti öz üzərlərinə götürdüklərini bildirirlər.

Jurnalın qeyd etdiyi kimi, Los Lobos dəstəsi digər siyasətçiləri, xüsusən də “Qorxusuz ölkə naminə” alyansı tərəfindən namizədliyi irəli sürülmüş Yan Topekanı da hədələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR