Bank Of Baku

Ekvadorda prezidentliyə namizədlərdən birinin qətlindən sonra təhlükəsizlik güclənib

Ekvadorda prezidentliyə namizədlərdən birinin qətlindən sonra təhlükəsizlik güclənib
# 11 avqust 2023 06:52 (UTC +04:00)

Ekvadorun silahlı qüvvələri prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsindən sonra bu post uğrunda mübarizə aparanların müdafiəsini gücləndirəcək.

APA xəbər verir ki, bu barədə ölkənin Seçki Şurasının rəhbəri Diana Atamaint məlumat verib.

"Silahlı Qüvvələrin Birləşmiş Komandanlığı təsdiq edib ki, bütün seçki prosesi boyunca ekvadorluların təhlükəsizliyini təmin edəcək, namizədlərin təhlükəsizliyini isə iki dəfə artıracaq. Onlar Seçki Şurasının əməkdaşlarını müşayiət edəcək və seçki məntəqələrinin təhlükəsizliyini təmin edəcək", - o, mətbuat konfransında deyib.

Səsvermə bülletenləri artıq çap olunduğundan vəfat etmiş namizədin lehinə verilən səslər onu əvəzləyən üçün hesablanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR