Sentyabrın 29-da Nyu Yorkda leysan nəticəsində bir aylıq normadan artıq yağıntı düşüb.
APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, ən çox zərər çəkən Bruklin şəhərində bir neçə saat ərzində yağıntının miqdarı11 sm-dən çox olub.
Bruklin metrosundan su relslərin üzərinə çıxdığı üçün hərəkət dayandırılıb. Bundan başqa, LaLa Qardiya hava limanının terminalı bağlanıb.
Yağışlar səbəbindən bir çox ərazi su altında qalıb. Pis hava şəraiti ilə əlaqədar Nyu-York qubernatoru fövqəladə vəziyyət elan edib.