Bank Of Baku

Ərdoğan Nyu-Yorkda Gürcüstanın Baş naziri ilə görüşüb

Ərdoğan Nyu-Yorkda Gürcüstanın Baş naziri ilə görüşüb
# 18 sentyabr 2023 03:37 (UTC +04:00)

BMT-nin 78-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşlərini davam etdirir.

APA Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin növbəti görüşü Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə olub. Söhbət zamanı Prezident Rəcəb Tayyib Ərdoğan əsrin fəlakətindən sonra Gürcüstanın Türkiyəyə verdiyi dəstəyə görə bir daha təşəkkür edib və iki ölkə arasında ticarət həcminin 3 milyard dollardan 5 milyard dollara qədər yüksələ biləcəyini deyib.

Orta dəhlizin həyata keçirilməsinin əhəmiyyətindən danışan Türkiyə Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun tez bir zamanda daha işlək vəziyyətə gətirilməsinin gözlənildiyini bildirib. Prezident Ərdoğan, həmçinin Gürcüstandakı FETÖ məktəblərinin bağlanmasının və aktivlərinin dondurulmasının önəmini vurğulayıb və Gürcüstan rəhbərliyinin bununla bağlı atdığı addımları təqdir edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR