İyulda Azərbaycan banklarına manatla yatırılan əmanətlərin həcmi azalıb - TƏHLİL

İyulda Azərbaycan banklarına manatla yatırılan əmanətlərin həcmi azalıb - <span style="color: red;">TƏHLİL
# 07 sentyabr 2015 08:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin iyul ayında əhalinin əmanətləri 7 605,1 mln. manata bərabər olub ki, bu, 2014-cü ilin iyul ayı ilə müqayisədə 665,1 mln. manat və ya 9,58% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, iyun ayı ilə müqayisədə iyulda əhalinin əmanətləri 48,5 mln. manat və ya 0,63% azalıb.

Ümumiyyətlə, yanvar ayı ilə müqayisədə fevralda əhalinin banklara yerləşdirdiyi əmanətlər 811,4 mln. manat və ya 11,39% artıb. Fevral ayı ilə müqayisədə martda əhalinin banklara yerləşdirdiyi əmanətlərdə 151,1 mln. manatlıq və ya 1,9% azalma qeydə alınıb. Aprel ayı üzrə əhalinin əmanətlərinin həcmi mart ayı üzrə göstəricidən 64,4 mln. manat və ya 0,83% azdır. Aprel ilə müqayisədə may ayında əhalinin banklara yerləşdirdiyi əmanətlər 116,1 mln. manat və ya 1,50% azalıb. May ayı ilə müqayisədə iyunda əhalinin əmanətləri 52,5 mln. manat və ya 0,69% artıb.

Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə iyulda əhalinin banklara yerləşdirdiyi əmanətlər 416,7 mln. manat v ə ya 5,80% artıb.

İndi əhalinin banklarda yerləşdirdiyi 7 mlrd. 605,1 mln. manat əmanətin 5 mlrd. 466,4 mln. manatı və ya 71,88%-i xarici valyutada, 2 mlrd. 138,7 mln. manatı və ya 28,12%-i milli valyutadadır. Başqa sözlə, iyul ayında xarici valyutada olan əmanətlərin həcmi 7,2 mln. manat, milli valyutadakı əmanətlər isə 41,2 mln. manat artıb. Son 1 ildə manatla yerləşdirilən əmanətlərin həcmi 2 264,9 mln. manat və ya 51,43% azalıb. Əvəzində xarici valyutada olan əmanətlərdə 1 il ərzində 2 929,9 mln. manat və ya 2,16 dəfə artım var.

Əhalinin əmanətlərinin valyuta strukturuna nəzər salanda məlum olur ki, milli valyutada olan əmanətlərin azalması hesabına yanvarda manatla yerləşdirilən əmanətlərin ümumi əmanətlərdə payı 60,05%, fevralda 37,66%, martda 34,66%-ə, apreldə 29%-ə, mayda 28,58%-ə, iyunda isə 28,48%-ə, iyulda 28,12%-ə düşüb. Halbuki, ötən ilin dekabr ayında bu göstərici 61,5% olub. Ümumiyyətlə, dekabr ayından etibarən əhalinin banklarda manatla yerləşdirdiyi əmanətlərin həcmi davamlı azalmağa başlayıb. Bu il ərzində yalnız iyun ayında manatla yerləşdirilən əmanətlərdə artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR