"AzSığorta" Şəkidə baş verən zəlzələ ilə əlaqədar operativ qərargah açıb

"AzSığorta" Şəkidə baş verən zəlzələ ilə əlaqədar operativ qərargah açıb
# 07 sentyabr 2015 08:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sentyabrın 4-də "AzSığorta" Fövqəladə Hallar Nazirliyi ilə birlikdə Şəkidə baş verən zəlzələ ilə əlaqədar operativ qərargah açıb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, "AzSığorta"nın qəza ekspertləri zərərləri qiymətləndirmək üçün ətraf rayonlara baş çəkiblər. Hal-hazırda 60-dan çox ərizə qəbul edilib və bu proses davam edir.

Şirkətdən bildirilib ki, zərərçəkənlərə ən qısa zamanda kömək göstəriləcək.

Xatırladaq ki, sentyabrın 4-də Şəkidən 29 km aralıda 7 bal gücündə zəlzələ baş verib. Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər ətraf rayonlarda isə 5-6 bal gücündə təkanlar hiss edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR