Bank Of Baku

“F-35”ə keçidlə əlaqədar Qərb “F-16”ları Ukraynaya verə bilər

“F-35”ə keçidlə əlaqədar Qərb “F-16”ları Ukraynaya verə bilər
# 22 iyul 2023 02:24 (UTC +04:00)

Qərb ölkələri “F-16” qırıcılarını Kiyevə köçürə bilər, çünki əksər ölkələr indi daha müasir “F-35” modellərinə keçir.

APA xəbər verir ki, bunu“F-35” proqramı meneceri Tom Burbage “Newsweek” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynada münaqişə başlayandan sonra əvvəllər “F-35”ləri almağa cəsarət etməyən bir çox ölkələr indi fikirlərini dəyişiblər.

Bundan əvvəl Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ 2023-cü ilin sonuna qədər “F-16” qırıcılarını Ukraynaya keçirmək niyyətindədir, lakin onlar hərbi əməliyyatların gedişatını dəyişməyəcək

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR