Elmira Süleymanova Gürcüstan Konstitusiya Məhkəməsinin hakimlərini qəbul edib

Elmira Süleymanova Gürcüstan Konstitusiya Məhkəməsinin hakimlərini qəbul edib
# 10 iyul 2015 15:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Gürcüstan Konstitusiya Məhkəməsinin hakimləri Lali Papiaşvili və Otar Siçinavanı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Süleymanova Ombusman təsisatının Konstitusiya Məhkəməsi ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib: “Müvəkkilin mandatına uyğun olaraq cəmiyyəti maraqlandıran və narahat edən ən aktual məsələlərlə bağlı Konstitusiya Məhkəməsinə indiyədək 27 sorğu ünvanlanıb. Həmin sorğulardan 17-si üzrə bu məhkəmənin Plenumu tərəfindən qərarlar, 10 iş üzrə isə palata tərəfindən qərardadlar qəbul edilib”.

Görüşdə Ombudsman təsisatının insan hüquqları sahəsində maarifləndirmə işinə də önəm verildiyi qeyd olunub.

L. Papiaşvili Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində zəngin və çoxşaxəli fəaliyyətini, təsisatın ölkə Konstitusiya Məhkəməsi ilə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev və məhkəmənin digər məsul əməkdaşları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR