Bank Of Baku

Fransa döyüş əməliyyatlarının planlaşdırılması üçün ABŞ süni intellektinə alternativ hazırlayır

Fransa döyüş əməliyyatlarının planlaşdırılması üçün ABŞ süni intellektinə alternativ hazırlayır
# 08 iyun 2026 04:45 (UTC +04:00)

Fransa ABŞ-ın “Palantir” şirkətinin Maven platformasına alternativ olaraq süni intellekt əsaslı öz döyüş planlaşdırma sistemini hazırlayır.

Bu barədə “Les Echos” qəzeti Fransa Quru Qoşunları Baş Qərargah rəisinin müavini general Patrik Jüstelə istinadən məlumat yayıb.

“Maven hətta amerikalılar arasında da birmənalı dəstək qazanmır. Biz alternativ hazırlayırıq və Avropadakı bir çox tərəfdaşımız buna maraq göstərir”, – deyə general bildirib.

Onun sözlərinə görə, ABŞ sistemi hazırda yalnız sınaq rejimində istifadə olunur.

Nəşr yazır ki, Fransa hərbçiləri son aylarda Napoleonun qərargah rəisi olmuş general Lui-Aleksandr Bertyenin şərəfinə adlandırılan yeni Berthier böyük dil modeli əsasında Arcadia sistemini hazırlayırlar.

Bu sistem döyüş meydanından daxil olan məlumatları təhlil etməli, silah növlərinin seçilməsi, qoşunların təşkili və yerləşdirilməsi ilə bağlı tövsiyələr verməli, eyni zamanda müxtəlif komanda səviyyələrinin rabitə kanallarını birləşdirərək qərarların əlaqələndirilməsini təmin etməlidir.

Materialda qeyd olunur ki, ABŞ-ın mərkəzləşdirilmiş və qapalı Maven platformasından fərqli olaraq Arcadia sistemi desentralizasiya olunub və Avropanın digər ordularının sistemləri ilə uyğunluq təşkil edir.

“Desentralizasiya olunmuş sistem şəbəkənin bir hissəsi sıradan çıxsa belə, daha yüksək dayanıqlılıq təmin edir”, – deyə Jüstel bildirib.

General Fransanın alternativ sistemindən hansı ölkələrin istifadə edə biləcəyini açıqlamayıb. Qəzetin məlumatına görə, Belçika, Niderland, Polşa, Rumıniya, Almaniya və İsveç layihəyə maraq göstərib. Böyük Britaniyadan olan mütəxəssislər də inkişaf prosesini izləmək üçün Fransaya səfər ediblər.

Bildirilir ki, sistem artıq Rumıniyada və “Orion” adlı genişmiqyaslı hərbi təlimlər çərçivəsində sınaqdan keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR