EBRD: Beynəlxalq Bankın özəlləşdirilməsi prosesi sürətləndirilməlidir

EBRD: Beynəlxalq Bankın özəlləşdirilməsi prosesi sürətləndirilməlidir
# 10 noyabr 2016 09:15 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda maliyyə sabitliyinin təmin edilməsi məqsədilə makroiqtisadi siyasətin davam etdirilməsini tövsiyə edir.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Hər kəs üçün keçid: Qeyri-bərabər dünyada bərabər imkanlar” adlı hesabatında yer alıb.

“Milli valyutanın çevik məzənnəsi, sərt fiskal və monetar siyasət valyuta ehtiyatlarının lazımi səviyyədə saxlanmasına xidmət edir. İnfrastrukturun inkişafı ilə bağlı hökumət tədbirləri sabit gəlirli və müsbət təsirə malik layihələrə yönləndirilməlidir.”, - deyə hesabatda qeyd olunub.

Hesabatda, həmçinin bank sektorunun sabitliyinin möhkəmləndirilməsinin vacibliyi də vurğulanıb. “Makroprudensial çərçivə möhkəmləndirilməli və nəzarət genişləndirilməlidir. Bununla yanaşı, Beynəlxalq Bankın özəlləşdirməyə hazırlanması ilə bağlı növbəti addımlar atılmalıdır”, - deyə hesabat müəllifləri bildirir.

Hesabatda qeyri-neft sektorunda biznes tədbirlərin yaxşılaşdırılması üçün daha dərin struktur islahatların aparılmasının vacibliyi qeyd olunub. Bildirilir ki, tez bir zamanda ölkədə biznes əməliyyatlarının şəffaflığı və qeyri-neft sektorunda rəqabətliliklə bağlı şərait təkmilləşdirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR