Bank Of Baku

FTB iş adamlarının Mayamidə Trump Towerdəki mənzilinə basqın edib

FTB iş adamlarının Mayamidə Trump Towerdəki mənzilinə basqın edib
# 14 may 2023 10:26 (UTC +04:00)

FTB Mayamidəki Trump Tower (Trump Tower III) binalarından birinə basqın edib.

APA xəbər verir ki, bu barədə departamentin nümayəndəsinə istinadən “The Miami Herald” qəzeti yazıb.

Qeyd olunur ki, agentlər tərəfindən axtarış edilən mənzil ruslar Oleq Patsulya və Aqunda Makeyeva ilə əlaqəli olduğu iddia edilən MIC-USA şirkətinə məxsusdur.

Büro onların “məhkəmə göstərişi ilə” hərəkətlər etdiklərinə aydınlıq gətirsə də, axtarışların təfərrüatları açıqlanmayıb.

Nəşr diqqəti ABŞ-ın keçmiş lideri Donald Trampla əlaqəli inkişaf şirkətləri tərəfindən tikilmiş göydələnlərin olduğu Mayamidə Günəşli Adalar çimərliyinə yaxın ərazinin çox vaxt “kiçik Moskva” adlandırmasına diqqət çəkib.

Əmlakın qiymətləndirilməsi reyestrinin məlumatına görə, BAC Florida axtarışların aparıldığı əmlakın alınması üçün maliyyə ayırıb.

Qeyd edək ki, 2020-ci ildə bu təşkilat 975 min dollarlıq ipoteka öhdəliklərini yerinə yetirmədiyi üçün adı çəkilən ruslara qarşı iddia qaldırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR