ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın olduğu yerin yaxınlığında baş verən atışmanı araşdırır və hadisəni ona sui-qəsd cəhdi kimi qiymətləndirir.
APA xəbər verir ki, bu barədə FTB-nin bəyanatında deyilir.
Sənədə əsasən, FTB agentləri Florida ştatının Vest Palm Biç şəhərinə gəliblər və sabiq prezident Trampa qarşı sui-qəsd cəhdi kimi görünən hadisəni araşdırırlar.