Hacıqabulda avtomobilin vurduğu iki qadından biri ölüb, digəri ağır vəziyyətdədir - FOTO - YENİLƏNİB

Hacıqabulda avtomobilin vurduğu iki qadından biri ölüb, digəri ağır vəziyyətdədir - FOTO - YENİLƏNİB
# 31 dekabr 2019 20:44 (UTC +04:00)

Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili tərəfindən vurulan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı ölən şəxs Hacıqabul sakini, 68 yaşlı Əsgərova Sitarə Səftərxan qızı, onun nəvəsi isə 29 yaşlı Əsgərova Füruzə Absalam qızıdır.

****

19:43

Bu gün Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili yolu keçən iki nəfəri - nənə və nəvəni vurub.

APA-nın yerli bürosunun məlumatına görə, qadınlardan biri hadisə yerində ölüb, digəri isə ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR