Portuqaliyada fişəng istehsalı zavodunda partlayış nəticəsində 4 nəfər ölüb

Portuqaliyada fişəng istehsalı zavodunda partlayış nəticəsində 4 nəfər ölüb
# 05 aprel 2017 03:29 (UTC +04:00)

Portuqaliyanın Lamequ şəhərinin yaxınlığında yerləşən fişəng istehsalı zavodunda baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində daha 3 nəfər itkin düşmüş hesab edilir.

Partlayışın baş verdiyi an hadisə yerində işçilərin sayına dair dəqiq məlumat yoxdur.

Hadisə yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR