Tovuzda qadın mağazada yanıb

Tovuzda qadın mağazada yanıb
# 19 yanvar 2018 11:03 (UTC +04:00)

Tovuzda 62 yaşlı qadın mağazanın içində yanıb.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayon bazarındakı gül dükanında baş verib.

Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasından alışıb. Qadın ətrafadakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə xəstəxanalarının birinə göndərilib. Hadisə nəticəsində qadının bədəninin 65 faizinin yandığı bildirilir.

Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir.

Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR