Meksikada avtodayanacaq çöküb, 7 nəfər ölüb

Meksikada avtodayanacaq çöküb, 7 nəfər ölüb
# 11 aprel 2017 09:46 (UTC +04:00)

Meksikada inşa edilən avtodayanacağın çökməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, çökmə fəhlələr konstruksiyanın bəzi detallarını quraşdırarkən baş verib.

Həmin an beton plitələr çöküb və fəhlələr dağıntılar altında qalıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım işçiləri cəlb olunub. Xəsarət alanların sayı 20 nəfərə çata biləcəyi, dağıntılar altında isə hələ də sağ qalanların olduğu istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR