İnam Kərimov: "ABAD xidmət"lə əməkdaşlıq edənlər daha sürətli işləməlidir"

İnam Kərimov: "ABAD xidmət"lə əməkdaşlıq edənlər daha sürətli işləməlidir"
# 11 aprel 2017 10:38 (UTC +04:00)

"ABAD xidmət"in yaradılmasının əsas məqsədi ailə biznesinə dəstək olmaqdır. Sənətkarın işi sənətlə məşğul olmaqdır. Onun istehsal etdiyi məhsulu tanıtmaq, hətta dünya bazarına çıxarmaq isə "ABAD xidmət"in işidir". "APA-Economics" xəbər verir ki, bunu prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimov bildirib.

Onun sözlərinə görə, son dövrlər ölkəmizə gələn çoxlu sayda turist sənətkarlarımızın əl işlərinə olduqca böyük maraq göstərir.

"Məqsədimiz hər bir Azərbaycan ailəsi üçün özünəməşğulluğu təmin etməkdir. Bu, həmin ailələr üçün geniş imkanlar yaradacaq. "ABAD xidmət" hər kəsin evinə qədər gəlir və ailələri işlə təmin edir", - deyə İ. Kərimov bildirib.

Dövlət agentliyinin sədri xatırladıb ki, "ABAD xidmət"in artıq iki mağazası fəaliyyət göstərir: "Bu, xoş xəbərdir. Ancaq bir üzücü xəbər də var. Məsələ burasındadır ki, biz həmin mağazalara məhsul çatdıra bilmirik. Bunun üçün də "ABAD xidmət"lə əməkdaşlıq edən insanlar daha sürətli və daha keyfiyyətli işləməlidir".

İ. Kərimov əlavə edib ki, "ABAD xidmət"in mağazaları hava limanlarında da fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ötən ilin sentyabrın 23-də "ASAN xidmət"in tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR