BTC kəməri üzrə əməliyyat xərcləri ötən il 19% artıb

BTC kəməri üzrə əməliyyat xərcləri ötən il 19% artıb
# 06 fevral 2020 14:49 (UTC +04:00)

Ötən il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 138 mln. ABŞ dolları sərf edilib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 19% çoxdur.

APA-Economics”in BP-in (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2019-cu ilin yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, , əsaslı xərclərə isə təqribən 44 mln. dollar sərf edilib (7,3%-lik artım).

Hesabata əsasən, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 447 milyon tondan artıq (3,35 mlrd. barel) xam neft nəql edilmiş və Ceyhanda 4 381 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

“İl ərzində isə BTC vasitəsilə təqribən 31 milyon ton (233 milyon bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 296 tankerə yüklənib”, - hesabatda qeyd edilir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, Ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, “BTC Co.”nun səhmdarları sırasına isə BP (30,1%), “AzBTC” (25%), “Chevron” (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR