® “AzerGold” QSC-də 2017-ci ilin yekunlarına həsr olunan iclas keçirilib

<font color=red>® </font>“AzerGold” QSC-də 2017-ci ilin yekunlarına həsr olunan iclas keçirilib
# 15 yanvar 2018 14:19 (UTC +04:00)

13 yanvar tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında İdarə Heyətinin sədri Zakir İbrahimovun sədrliyi ilə ilin yekunlarına həsr olunan iclas keçirilib. Tədbirdə Cəmiyyətin idarə və işçi heyəti, həmçinin Çovdar Filiz Emalı Sahəsində çalışan əməkdaşlar video bağlantı vasitəsi ilə iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Zakir İbrahimov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hər bir sahədə uğurla inkişaf edir. İdarə Heyətinin sədri qeyri-neft sektorunun sürətli inkişafını və bu inkişafa “AzerGold” QSC-nin də öz töhfəsini verdiyini qeyd edərək, Cəmiyyətin qeyri-neft ixracının liderlərindən birinə çevrilməsini vurğuladı.

İclas zamanı Daşkəsəndə yerləşən Çovdar, Balakəndə yerləşən Filizçay və Mazımçay, Naxçıvan Muxtar Respublikasında yerləşən Göydağ-Əlincə filiz qovşağının Ortakənd sahələrində kəşfiyyat, tədqiqat, tikinti, istismar işlərinin davam etdirilməsi, ölkədə əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, Cəmiyyətin xərclərinin optimallaşdırılması, planlaşdırılan ixrac əməliyyatlarının yerinə yetirilməsinin zəruriliyi vurğulandı. Bununla yanaşı, tədbirdə yeni perspektivli sahələrin aşkar edilməsi, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, kadr potensialının möhkəmləndirilməsi, layihə və proqramların icrası, həmçinin digər məsələlər ətrafında geniş müzakirələr aparıldı.

İdarə Heyətinin sədri cənab Prezidentin 11 fevral 2015-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi üçün hər bir əməkdaşın bacarıq və qüvvəsini əsirgəməyəcəyinə dair əminliyini bildirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR