Pakistanda törədilən terror aktı nəticəsində 25 nəfər ölüb, 53 nəfər yaralanıb

Pakistanda törədilən terror aktı nəticəsində 25 nəfər ölüb, 53 nəfər yaralanıb
# 24 iyul 2017 18:10 (UTC +04:00)

Pakistanın Lahor şəhərində baş verən partlayış nəticəsində azı 25 nəfər ölüb, 53 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, motosikletlə hərəkət edən terrorçu-kamikadze özünü ərzaq bazarının girişində partladıb.

Məlumata əsasən, ərzaq bazarı Pəncab əyalətinin baş naziri Şahbaz Şərifin iqamətgahından 100 metr aralıda yerləşir.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR