Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani ilə görüşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, görüş zamanı qeyri-qanuni miqrasiyaya qarşı mübarizə məsələsi müzakirə olunub.