Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində azı 25 ABŞ vətəndaşı həlak olub.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib.
O bildirib ki, HAMAS-ın hücumunun nəticəsində günahsız qurbanların sayı dayanmadan artır.
Bundan əvvəl Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində 22 amerikalının öldürülməsi qeyd edilmişdi.
Qeyd edək ki, Entoni Blinken İsraildə səfərdədir.