Bank Of Baku

Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı 80-ə çatıb - YENİLƏNİB

Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı 80-ə çatıb - YENİLƏNİB
# 12 avqust 2023 13:57 (UTC +04:00)

Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı 80-ə çatıb.

APA xarici KİV-ə istinadən xəbər verir ki, meşə yanğınları hələ də davam edir. Yanğının söndürülməsi üçün üç fərqli istiqamətdən tədbirlər davam etdirilir. Məlumata görə, təbii fəlakət nəticəsində yüzlərlə insan itkin düşüb. Həmçinin qeyd edilib ki, ölənlərin sayının artacağı da istisna edilmir.

***

04.51

Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 67-yə çatıb.

APA xəbər verir ki, bu barədə əyalətin qubernatoru CNN-ə bildirib.

Qubernator ölənlərin sayının artacağını istisna etməyib.

Qeyd edək ki, bu, Havayda 1960-cı ildən sonra kütləvi insan tələfatı ilə nəticələnən ən böyük fəlakətdir. Həmin ildə sunami 61 nəfərin həyatına son qoymuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR