Bank Of Baku

Hizbullahın sosial media hesabı silinib

Hizbullahın sosial media hesabı silinib
# 01 noyabr 2023 02:24 (UTC +04:00)

X sosial şəbəkəsi (keçmiş Twitter) təhrikedici məzmunla mübarizə çərçivəsində Hizbullahın rəsmi hesabını bloklayıb.

APA-nın məlumatına görə, İsrailin Nyu-Yorkdakı Baş Konsulluğu bu qərara görə sosial şəbəkənin sahibi İlon Maska təşəkkür edib.

“Terror təşkilatı ilə əlaqəli heç bir hesabın və ya terroru tərifləyən hesabın sosial mediada nifrət oyatmaq hüququ və ya imkanı olmamalıdır”, - bəyanatda deyilir.

İsraildə müharibə başlayandan sonra sosial şəbəkələr HƏMAS-la əlaqəli yüzlərlə hesabı silib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR