Bank Of Baku

"Instagram" iyun ayında "Twitter" ekvivalentini işə sala bilər

"Instagram" iyun ayında "Twitter" ekvivalentini işə sala bilər
# 20 may 2023 01:41 (UTC +04:00)

“Instagram”ın tərtibatçıları iyun ayında “Twitter”ə oxşar mətn tətbiqini işə salmağı planlaşdırır.

APA xəbər veirr ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, hazırda proqram tərtibatçılar tərəfindən sınaqdan keçirilir.

Eyni zamanda, yeni tətbiq "Instagram"ın bir hissəsi olmayacaq, lakin onun hesabını yeni xidmətlə əlaqələndirəcək.

Bundan əvvəl sahibkar İlon Mask bildirmişdi ki, gələcəkdə özünün "Twitter" şirkətinin işçilərini genişləndirmək niyyətindədir. Mask hesab edir ki, Twiiter daha çox insanı işə götürməlidir. Bundan əlavə, o, şirkətin əvvəllər işdən çıxarılan işçilərini yenidən işə qəbul edəcəyini istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR