Bank Of Baku

İŞİD liderlərindən biri ABŞ-ın zərbəsi nəticəsində öldürülüb

İŞİD liderlərindən biri ABŞ-ın zərbəsi nəticəsində öldürülüb
# 04 aprel 2023 10:34 (UTC +04:00)

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 3-də Suriyada İŞİD-ə zərbə endirib.

APA xəbər verir ki, Mərkəzi Komandanlığın məlumatına görə, zərbə nəticəsində terror qruplaşmasının ali liderlərindən olan Xalid Ayd Əhməd əl-Caburi öldürülüb.

Məlumatda bildirilib ki, əl-Caburi Avropada terror hücumları planlaşdırılmasına görə məsuliyyət daşıyıb.

Vurğulanıb ki, onun öldürülməsi terror təşkilatının xarici hücumlar təşkil etmək qabiliyyətini müvəqqəti zədələyəcək.

“CENTCOM-un tərəfdaş qüvvələrlə birlikdə İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları davam edir. CENTCOM İŞİD təhlükəsinin məğlub edilməsinə sadiqdir”, - deyə mərkəzin tvitində bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR