ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində bir kişi evdə barrikada quraraq polis əməkdaşlarına atəş açıb.
Bu barədə “Fox News” yerli polisə istinadən məlumat yayıb.
Polis atəş açan şəxsi zərərsizləşdirmək üçün əməliyyatı davam etdirir.
“Əməliyyat hələ də davam edir. Şübhəli şəxs evdə barrikada qurub və polis əməkdaşlarına atəş açıb. Bir neçə polis avtomobilinə mərmi dəyib”, – Qlendeyl polisi bildirib.
Hadisənin təfərrüatları və atəş açan şəxsin kimliyi ilkin olaraq açıqlanmayıb.