Bank Of Baku

Kanada Arktikada kəşfiyyat fəaliyyətini genişləndirəcək

“MQ-9B SkyGuardian” pilotsuz uçuş aparatı

© APA | “MQ-9B SkyGuardian” pilotsuz uçuş aparatı

# 03 sentyabr 2024 14:36 (UTC +04:00)

Kanada Arktika regionunda kəşfiyyat fəaliyyətini genişləndirmək məqsədilə 11 ədəd müasir “MQ-9B SkyGuardian” pilotsuz uçuş aparatları (PUA) alacaq.

APA xəbər verir ki, bu barədə “Army Recognition” portalı məıumat yayıb.

Bildirilib ki, kəşfiyyat məqsədli bu PUA-lar Yeni Şotlandiya və Britaniya Kolumbiyası ərazilərində yerləşdiriləcək.

Hökumət hərbi potensiala effektiv nəzarət və mümkün eskalasiya zamanı ordu birləşmələrinin idarəolunması üçün 65 milyon dollar dəyərə malik yeni komanda məntəqəsinin inşasını 2028-ci ildə başa çatdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR