Vergi tutulan əməliyyatların vaxtı ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır

Vergi tutulan əməliyyatların vaxtı ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır
# 05 may 2018 13:39 (UTC +04:00)

“Sahibkarların yaralı yeri olan Azərbaycan Vergi Məcəlləsinin 166-cı maadəsinə dəyişikliklər ediləcək”.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.

Onun sözlərinə görə, artıq bu maddəyə müəyyən dəyişikliklər edilməsi istiqamətində iş aparılır: “Bununla bağlı müəyyən təkliflər hazırlanıb".

Qeyd edək ki, Vergi Məcəlləsinin 166-cı maddəsi əlavə dəyər vergisindən vergi tutulan əməliyyatların vaxtını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR