Kanada İranın müdafiə nazirinə qarşı sanksiyalar tətbiq edib

Kanada İranın müdafiə nazirinə qarşı sanksiyalar tətbiq edib
# 25 aprel 2024 20:41 (UTC +04:00)

Kanada hakimiyyəti İranın müdafiə naziri Məhəmməd Rza Aştianini sanksiyalar siyahısına əlavə edib.

APA xəbər verir ki, bu barədə Kanada Hökuməti məlumat yayıb.

Qeyd edildiyi kimi, sanksiyalar İran Silahlı Qüvvələrinin “Hatam əl-Anbiyə” hava hücumundan müdafiə bazasının komandanı Qulaməli Rəşidə qarşı da tətbiq edilib.

Sanksiyalara səbəb İranın sülh və təhlükəsizliyi pozan hərəkətləri olub.

Bildirilib ki, bu hərəkətlər artıq ciddi beynəlxalq böhrana səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR