Bank Of Baku

Avropa şirkətləri Azərbaycandakı mövcud iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirib

Avropa şirkətləri Azərbaycandakı mövcud iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirib
# 21 oktyabr 2026 10:34 (UTC +04:00)

Azərbaycanda keçirilən sorğuda iştirak edən Avropa şirkətlərinin 57%-i ölkədəki mövcud iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirib.

Bu barədə "APA-Economics" Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda təqdim olunan Aİ Biznes Mühiti Hesabatının nəticələrinə əsasən xəbər verir.

Məlumata görə, araşdırma 740 şirkətdən ibarət baza əsasında aparılıb. Sorğuda 19 sektor və 29 ölkəni təmsil edən 69 şirkət iştirak edib, əlavə olaraq 22 müsahibə keçirilib.

Respondentlərin 78%-i mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Şirkətlərin 29%-i hələ Azərbaycan bazarına daxil olmasa da, burada fəaliyyət göstərməkdə maraqlıdır.

Qeyd edilib ki, biznes mühitinə dair qiymətləndirmələr ötən illə müqayisədə geosiyasi vəziyyətin təsiri ilə bir qədər zəifləyib.

Sorğuda siyasi və sosial sabitlik, enerji təchizatı və logistika imkanları müsbət qiymətləndirilib. Maliyyəyə çıxış, peşə təhsilinin keyfiyyəti, ödəniş intizamı və yeni texnologiyalara əlçatanlıq isə əsas problemlər sırasında göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR