Bakı-Quba yolunda minik avtomobili qəzaya uğrayıb, sürücü ölüb

Bakı-Quba yolunda minik avtomobili qəzaya uğrayıb, sürücü ölüb
# 27 fevral 2017 00:03 (UTC +04:00)

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də “BMW” markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü, 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR