Kanada hökuməti ukraynalılara ölkədə daimi yaşamaq imkanı verən yeni müvəqqəti miqrasiya proqramı təqdim edib.
APA xəbər verir ki, bu barədə Kanada Miqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Proqramda iştirak üçün müraciətlər oktyabrın 23-də açılacaq.
Yaxın qohumları Kanada vətəndaşlığına və ya Kanadada daimi yaşayış icazəsinə malik olan Ukrayna vətəndaşları bundan istifadə edə biləcəklər. Proqrama əsasən, yaxın qohumlar övlad, valideyn, baba, nənə, həyat yoldaşı, qardaş-bacı hesab olunur.