Bank Of Baku

Kanada vətəndaşlarının Sudandan hava yolu ilə təxliyəsini dayandırıb

Kanada vətəndaşlarının Sudandan hava yolu ilə təxliyəsini dayandırıb
# 01 may 2023 00:41 (UTC +04:00)

Kanada hakimiyyəti Sudanda vəziyyətinin pisləşməsi ilə əlaqədar öz vətəndaşlarının hava ilə təxliyəsini dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə bazar günü ölkənin milli müdafiə naziri Anita Anand məlumat verib.

“Təhlükəli və qeyri-sabit vəziyyətə görə evakuasiya üçün pəncərə bağlanır”, - nazir bildirib.

Onun sözlərinə görə, Kanada Hərbi Hava Qüvvələri son üç gündə altı uçuş həyata keçirib. Təxliyə olunan 550 nəfərin 400-ə qədəri kanadalı, qalanları isə digər ölkələrin vətəndaşları olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR