Bank Of Baku

Kanada xarici işlər nazirinin Ermənistana səfərinin tarixi açıqlanıb

Kanada XİN rəhbəri Melanie Coli

© APA | Kanada XİN rəhbəri Melanie Coli

# 23 oktyabr 2023 18:03 (UTC +04:00)

Kanada xarici işlər naziri Melani Colinin Ermənistana səfərinin tarixi açıqlanıb.

APA xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, kanadalı nazir oktyabrın 25-dən 27-dək Ermənistanda səfərdə olacaq.

“Nazir Coli Ermənistanın paytaxtı İrəvanda olarkən xarici işlər naziri Ararat Mirzoyan, Ermənistanın Baş naziri və Ermənistan Respublikasının Prezidenti ilə Kanada və Ermənistan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi vasitələrini müzakirə edəcək. O, Kanadanın Ermənistandakı səfirliyinin açılışında iştirak edəcək”, XİN bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR